satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı "X" hesabında yaydığı paylaşımda qeyd olunub.

"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM