satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyanın NHK kanalı Azərbaycan Prezidentinin Xankəndiyə səfəri barədə süjet yayımlayıb

Yaponiyanın NHK kanalı Azərbaycan Prezidentinin Xankəndiyə səfəri barədə süjet yayımlayıb

Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən sonra Azərbaycan Prezidentinin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırıb.

Süjetdə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “respublika”nın özünü buraxmasından, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları üçün təkliflərindən, rəsmi İrəvanın Qərbə meyillənməsindən də söz açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM