satellite   Azerspace-1: 11135 H 30000

“Kommersant” qəzeti: Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə “erməni” Qarabağının tarixinə nöqtə qoyuldu

“Kommersant” qəzeti: Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə “erməni” Qarabağının tarixinə nöqtə qoyuldu

Oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə “erməni” Qarabağının tarixinə nöqtə qoyuldu.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikir Rusiyanın “Kommersant” qəzetinin Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasına həsr olunmuş məqalədə yer alıb.

Qəzet yazır ki, İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü rəmzi hadisələrlə yadda qaldı. Azərbaycan Lideri Xankəndidə və Qarabağın digər şəhərlərində Dövlət Bayrağını ucaltdı.

Məqalə müəllifinin fikrincə, xarici oyunçuların bir çoxunun Azərbaycanın bu əraziyə nəzarəti güc hesabına bərpa etməsindən narazılığına baxmayaraq, Qarabağın Azərbaycana mənsub olmasını heç kim danmır. Beynəlxalq ictimaiyyəti indi yalnız məsələnin humanitar aspektləri narahat edir.

Məqalədə deyilir ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi iki qonşu ölkənin qarşısında sülh müqaviləsinin imzalanması kimi mühüm məsələ durur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM