satellite   Azerspace-1: 11135 H 30000

Ayxan Hacızadə: "HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil"

Ayxan Hacızadə: "HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil"

"HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: "Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər".

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfəri azərbaycanəsillidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM