satellite   Azerspace-1: 11135 H 30000

BQXK: "İtkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i azad olunan ərazilərdədir"

BQXK: "İtkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i azad olunan ərazilərdədir"

"Hesab edirik ki, itkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i məhz azad olunan ərazilərdədir".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin düşmüş şəxslərlə əlaqədar proqramının rəhbəri Samir Hacımustaviç qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O, arxivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib: "Ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta və 320-si aşağı dəqiqlikli yerlər kimi təsnif edilib".

Qeyd edək ki, 2022-ci ilin sonunadək itkin düşmüş şəxslərin ailələrindən 10 800 bioloji referant nümunəsi toplanılıb və aidiyyəti üzrə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM