satellite   Azerspace-1: 11135 H 30000

Gəncə terrorunda ailələrini itirmiş uşaqlardan bəhs edən sənədli film hazırlanıb - VİDEO

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinə raket hücumları və nəticədə yaşanan insanlıq faciəsi barədə sənədli film hazırlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, “Qanadı sınmış mələklər” adlanan film Gəncə şəhərinə raket hücumları zamanı dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqlardan bəhs edir.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı günlərdə raket hücumuna məruz qalıb. Terror nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM