satellite   Azerspace-1: 11135 H 30000

XİN: "Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə ayırıb"

XİN: "Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə ayırıb"

"Fələstinli qaçqınlara dəstək məqsədilə Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verib".

Naxçıvan televiziyası xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin növbədənkənar iclasında çıxışı zamanı deyib.

O, xüsusilə Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyini, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Nazir bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərin davam etdiriləcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM