satellite   Azerspace-1: 11135 H 30000

İcma BFT-nin baş katibini Azərbaycanla bağlı açıqlamalarında məsuliyyətli olmağa çağırıb

İcma BFT-nin baş katibini Azərbaycanla bağlı açıqlamalarında məsuliyyətli olmağa çağırıb

Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir. Bu xüsusda, BFT-nin baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur.

NUHÇIXN-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması açıq-aşkar qərəz və ikili standartların təzahürüdür.

Qərbi Azərbaycan İcması BFT-nin baş katibini Ermənistan və Fransanın Azərbaycana qarşı çirkin fəaliyyətində alətə çevrilməməyə və Azərbaycanla bağlı açıqlamalarında ehtiyatlı və məsuliyyətli olmağa çağırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM