satellite   Azerspace-1: 11135 H 30000

İcma Avstriya parlamentinin Fransanın başlatdığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir

İcma Avstriya parlamentinin Fransanın başlatdığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir

Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başlatdığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstriya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır.

"Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi düşük çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır", - bəyanatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM