satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək

Azərbaycan mina təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək

Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edirəm ki, onlar tezliklə Dünya Ampute Futbol Çempionatında iştirak edəcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - H.Hacıyev qeyd edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM