satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM