satellite   Azerspace-1: 11135 H 30000

Birgə taktiki təlimdə silah və texnika sərgisi nümayiş etdirilib - VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

Naxçıvan televiziyası xəbər verir ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM