satellite   Azerspace-1: 11135 H 30000

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim edib

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbulu zamanı Türkiyə Prezidentinə rəsm əsəri təqdim edib.

Naxçıvan televiziyası xəbər verir ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

Qeyd edək ki, qəbul Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfəri çərçivəsində baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM