satellite   Azerspace-1: 11135 H 30000

İcma Azərbaycanın Ermənistana hücum edəcəyi barədə Qərb mediasının iddialarını pisləyib

İcma Azərbaycanın Ermənistana hücum edəcəyi barədə Qərb mediasının iddialarını pisləyib

"Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyir".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd edilib.

Bildirilib ki, azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir:

"Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.

Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.

Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi irqçi, islamofob təfəkkürlü, ştatlı Azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM