satellite   Azerspace-1: 11135 H 30000

Rusiya MN gündəlik bülletenlərdə Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib

Rusiya MN gündəlik bülletenlərdə Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

Naxçıvan televiziyası xəbər verir ki, bugünkü bülletendə "Qarabağ" Azərbaycanın Qarabağ iqtisadi rayonu, "Stepanakert" Xankəndi kimi təqdim olunub.

Bununla yanaşı, "Mardakert" Ağdərə, "Əsgəran" Xocalı, "Martuni" Xocavənd kimi qeyd edilib.

Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM