satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Türkmən qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir"

Ərdoğan: "Türkmən qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir"

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə verəcək:

"Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb. Türkmənistan da, Azərbaycan da bu prosesə daxildir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM