satellite   Azerspace-1: 11135 H 30000

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub

Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir.

Naxçıvan televiziyası verir ki, mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak edir.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.

Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.

Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM