satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə geologiya və dağ-mədən sənayesi sahəsində niyyət protokolu imzalayıb

Azərbaycan və Türkiyə geologiya və dağ-mədən sənayesi sahəsində niyyət protokolu imzalayıb

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi yanında Mədən və Neft İşləri Baş İdarəsi arasında niyyət protokolu imzalanıb.

Naxçıvan televiziyası xəbər verir ki, sənəd iki ölkənin geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

İmzalanma mərasimi Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində baş tutub.

Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Ötən gün başlamış forumun işinə bu gün yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM