satellite   Azerspace-1: 11135 H 30000

XİN başçısı: “Azərbaycan və Türkiyənin çox böyük planları var”

XİN başçısı: “Azərbaycan və Türkiyənin çox böyük planları var”

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: “Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.

C.Bayramov, həmçinin Türkiyə ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətindən danışıb: “Ölkələrimizin də iştirak etdiyi üçtərəfli və dördtərəfli platformalar var. Əməkdaşlığımız sadəcə bizi deyil, daha geniş coğrafiyanı əhatə edir. Qarşılıqlı dəstəyimiz bir-birimizin gücünə güc qatır, dövlətlərimizin və xalqlarımızın rifahını təmin edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM