satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib

Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib

Rusiyanın Baş nazirinin I müavini Andrey Belousov ölkəsində işgüzar səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Bildirilir ki, müzakirələr zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub.

A.Belousov oktyabrın 9-da Bakıda işgüzar səfərdə olub. Ş.Mustafayev onunla bu layihənin icrasını, eləcə də digər aktual məsələləri müzakirə edib.

"Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşımanın müddəti İran körfəzi, Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçməklə Helsinki şəhərinə 45-60 gün təşkil edirsə, "Şimal-Cənub" dəhlizi ilə bu müddət 20-25 gündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM