satellite   Azerspace-1: 11135 H 30000

Odessa Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstəriləcək

Odessa Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstəriləcək

Noyabrın 11-də Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsi Odessa şəhərində yerləşən Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstərəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, səfirlik bununla əlaqədar Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səyyar konsulluq xidmətindən yararlanmaq istəyən Azərbaycan vətəndaşları Odessa şəhərinin Vul.Puşkinska 54 ünvanında yerləşən Azərbaycan Evinə (Дiм “Азербайджан”) getməlidirlər. Qəbul vaxtı saat 09.30-dan 13.30-dək keçiriləcək. Əlaqə telefonu: +380 73 505 00 00.

Səfirlik qeyd edib ki, Odessa vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə, səyyar konsulluq xidməti təxirə salına bilər. Azərbaycan vətəndaşlarının bu vacib məqamı nəzərə alması xahiş edillib.

Xatırladaq ki, Odessa Azərbaycan Evi 2019-cu ildən fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM