satellite   Azerspace-1: 11135 H 30000

Quru Qoşunları komandanı: "Pakistan Ermənistanı bu günə qədər ölkə kimi tanımır"

Quru Qoşunları komandanı: "Pakistan Ermənistanı bu günə qədər ölkə kimi tanımır"

"Pakistan Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə qədər ölkə kimi tanımır".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munir noyabrın 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

A.Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd edib.

O, Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM