satellite   Azerspace-1: 11135 H 30000

Almaniya XİN başçısı Azərbaycana səfər edəcək

Almaniya XİN başçısı Azərbaycana səfər edəcək

Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistana və Azərbaycana səfər edəcək.

Naxçıvan televiziyası "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə deyib.

Onun sözlərinə görə, səfər bu həftə baş tutacaq.

“Nazir cümə günü səhər Ermənistana səfər edəcək. O, əvvəlcə İrəvanda olacaq, erməni həmkarı Ararat Mirzoyanla görüşəcək”, - XİN-in nümayəndəsi qeyd edib.

O əlavə edib ki, Berbokun proqramında Qarabağı könüllü tərk etmiş erməni sakinlərlə görüş də yer alır.

XİN rəsmisi diqqətə çatdırıb ki, almaniyalı nazir şənbə günü Azərbaycana yola düşəcək, onun Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqları planlaşdırılır, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM