satellite   Azerspace-1: 11135 H 30000

Fransada "Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb

Fransada "Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən "Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb.

Naxçıvan televiziyası xəbər verir ki, təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM