satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbrik edib

Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Özbəkistan Prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: “Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM