satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

"Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik".

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.

Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib: “Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”.

Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib: “Dünyadakı geosiyasi durum qardaş türk xalqlarını iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM