satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 1991-ci ildən indiyədək 3415 nəfər mina qurbanı olub

Azərbaycanda 1991-ci ildən indiyədək 3415 nəfər mina qurbanı olub

Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü il tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” sosial platformasında paylaşımında bildirib.

Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.

Prezidentin köməkçisi vurğulayıb ki, ümumilikdə götürdükdə yuxarıda qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hikmət Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır.

"Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslərdir. Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq", - Hikmət Hacıyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM