satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir

Nazir: Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, insanlar evlərindən ən ağır şəraitdə didərgin salınıblar. Vaxtilə buna heç kəsin reaksiyası olmadığı halda, indi sakit, dinc şəraitdə, həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır.

“Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM