satellite   Azerspace-1: 11135 H 30000

Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib - FOTOLAR

Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib<font color=red> - FOTOLAR</font> Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib<font color=red> - FOTOLAR</font> Avropa Parlamentinin prezidenti azərbaycanlı diaspor fəalına cavab verib<font color=red> - FOTOLAR</font>

Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsolanın adından Azərbaycanın Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgərə cavab məktubu göndərilib.

Bu barədə Naxçıvan televiziyası-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

AP-nin vətəndaşların sorğuları şöbəsindən (AskEP) soydaşımıza ünvanlanan məktubda bildirilib ki, onun qurumun Azərbaycanla bağlı qətnaməsinə etiraz məktubu 2023-cü il oktyabrın 25-də qəbul edilib: “Əmin olun ki, Qarabağdakı vəziyyətlə bağlı oktyabrda qəbul edilmiş sonuncu qətnamə ilə bağlı müşahidələriniz diqqətlə oxunub və qeyd olunub”.

Məktubda nəzərə çatdırılıb ki, prezident parlament üzvlərinə siyasi fəaliyyətlərini necə aparmaları və ya necə səs vermələri barədə göstəriş vermək səlahiyyətinə malik deyil: “Üstəlik, prezident bu qətnaməyə səs verməyib”.

Məktubun sonunda Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin Ermənistan, Azərbaycan və Gürcüstanda vəziyyətin monitorinqini apardığı, bu ölkələrin parlamentləri ilə əlaqə saxladığı və digər məsələlər diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM