satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti sabah Özbəkistana gedəcək

Türkiyə Prezidenti sabah Özbəkistana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumat verilib ki, görüşdə iqtisadi-ticarət, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Məlumata görə, üzv ölkələr arasında ticarət həcminin 100 milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Bildirilib ki, nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıq qiymətləndiriləcək. Məlumata görə, Xəzərdən keçən Şərq-Qərb Orta Dəhliz Təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM