satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb

Ukraynada Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Çernovtsı və Jitomir şəhər təşkilatlarının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.

Bilbordlar Çernovtsı və Jitomir şəhərlərinin mərkəzlərində yerləşdirilib və bir müddət nümayiş olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM