satellite   Azerspace-1: 11135 H 30000

İqor Korotçenko: Xankəndidəki hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir

İqor Korotçenko: Xankəndidəki hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir

Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Nasionalnaya oborona" jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko bildirib.

Rusiyalı ekspert deyib: "Rusiyanın ekspertlər icması, on milyonlarla Rusiya vətəndaşı adından Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın tarixində möhtəşəm bir hadisə və Azərbaycan xalqının arzularının yerinə yetirilməsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan güclü, effektiv, gələcəyə baxan müasir dövlətdir".

Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və sentyabrın 19-20-də Qarabağdakı antiterror tədbirləri zamanı Azərbaycan Ordusu öz effektivliyini nümayiş etdirib. O əlavə edib: "Azərbaycan Prezidenti, Ali Baş Komandan strateji uzaqgörənliyin zəfərini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən hərbi parad ötən vaxt ərzində baş verən dəyişikliklərin sarsılmaz olmasının təzahürüdür. Bu hərbi parad Azərbaycanın suverenliyinin dönməzliyinin əlamətidir. Ölkənin suverenliyinə qəsd etmək fikrinə düşən hər hansı təcavüzkar darmadağın ediləcək".

Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm də nüfuzlu rəqibləri var. "Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik, amma Qələbə və Azərbaycanın səmərəli dövlət quruculuğu modeli ilə müqayisədə onlar, sadəcə kölgədə qalır və yox olurlar. Əminəm ki, görkəmli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan yalnız uğurlara və gələcəyə doğru irəliləyişə layiqdir", - deyə İ.Korotçenko vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM