satellite   Azerspace-1: 11135 H 30000

Erməni deputat: Sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək

Erməni deputat: Sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək

Bakı ilə İrəvan arasında sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycan ərazisindən keçəcək.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevork Papoyan Yuxarı Lars yoluna alternativ marşrut üzrə danışarkən jurnalistlərə bildirib.

Papoyan deyib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir, çünki daha qısa və rahatdır.

Deputat xatırladıb ki, həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sazişi bağlanmadan onu işə salmaq mümkün deyil.

“Sülh sazişinə gəlincə isə, orada müharibə təhlükəsi yarada biləcək müddəalar olmamalıdır”, - deyə Papoyan əlavə edib.

Gevork Papoyan qeyd edib ki, Azərbaycanla sərhədlərin demarkasiyasının bir neçə variantı müzakirə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM