satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstərmişlər

Prezident: Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstərmişlər

Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında Vətən müharibəsi dövründə həyata keçirilən Şuşa əməliyyatından danışıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu əməliyyat zamanı Azərbaycan övladlarının fədakarlıq göstərdiklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM