satellite   Azerspace-1: 11135 H 30000

İran Prezidenti: Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu

İran Prezidenti: Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu

Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qarabağın yenidən qurulacağına və bərpa ediləcəyinə ümidvar olduğunu bildirən İran Prezidenti qeyd edib: “Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM