satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “Türkiyə əsrinin inşasına və hədəflərimizə çatmağımıza heç bir güc əngəl ola bilməyəcək”

Ərdoğan: “Türkiyə əsrinin inşasına və hədəflərimizə çatmağımıza heç bir güc əngəl ola bilməyəcək”

“Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 85 illiyi ilə əlaqədar Anıtqəbiri ziyarət edərkən deyib.

“Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha sizi və silahdaşlarınızı, vətənimiz üçün şəhid düşən oğullarımızı və eyni ideologiya üçün qanlarını axıdan qazilərimizi rəhmətlə yad edirik. İlk əsrini böyük bir qürurla geridə qoyduğumuz və ikinci əsrinə qədəmlədiyimiz cümhuriyyətimizi qalib və müzəffər etmək üçün 21 ildir olduğu kimi, bu gün də əzmlə çalışırıq. Məzlumların ümidi, kimsəsizlərin kimsəsi və vətəndaşlarının qüruru olan Türkiyə Respublikasını hər sahədə inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək. Ruhun şad olsun!”, - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM