satellite   Azerspace-1: 11135 H 30000

Rəsmi Bakı: "Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır"

Rəsmi Bakı: "Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır"

"Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, beynəlxalq ictimaiyyət öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməli, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyəti dayandırmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM