satellite   Azerspace-1: 11135 H 30000

Cahit Bağçı: "Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır"

Cahit Bağçı: "Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır"

"Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Ulu Öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan dövlət başçılarının deyil, eyni zamanda millətin də iradəsini əks etdirir: “Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir. Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-biri ilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydalı olacağını düşünürəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM