satellite   Azerspace-1: 11135 H 30000

“Starship”in yeddinci sınaq uçuşu uğursuz alınıb

 “Starship”in yeddinci sınaq uçuşu uğursuz alınıb

“Starship” kosmik gəmisinin prototipinin yeddinci sınaq uçuşu uğursuz alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb.

Qeyd olunub ki, uçuşdan təxminən 8,5 dəqiqə sonra “Starship”lə əlaqə kəsilib. Eyni zamanda, “Super Heavy” raket gücləndiricisi uğurla buraxılış meydançasına qayıdıb. Halbuki, son buraxılış zamanı bunu etmək mümkün olmayıb.

“SpaceX” hazırda insanları Mars planetinə apara biləcək “Starship”in prototipini hazırlayır. Şirkətin qurucusu İlon Maskın sözlərinə görə, “Starship” bir neçə ildən sonra pilotsuz rejimdə Marsa səyahət edə biləcək. Yenidən istifadə edilə bilən “Super Heavy” gücləndiricisinin və “Starship” kosmik gəmisinin Yerə şaquli eniş edəcəyi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM