satellite   Azerspace-1: 11135 H 30000

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - EKSKLÜZİV

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"<font color='red'> - EKSKLÜZİV</font>

“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

NTV  “Report”-a  istinadən  xəbər verir ki,  “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM