satellite   Azerspace-1: 11135 H 30000

Kəngərlidə yeni ATS quraşdırılıb

Kəngərlidə yeni ATS quraşdırılıb

Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.

Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsi ilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM