satellite   Azerspace-1: 11135 H 30000

Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib - FOTOLAR

Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib<font color=red> - FOTOLAR</font> Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib<font color=red> - FOTOLAR</font> Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib<font color=red> - FOTOLAR</font> Orta Dəhliz ölkələrinin 2026-cı il üçün fəaliyyət planı təsdiq edilib<font color=red> - FOTOLAR</font>

Astanada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclası və ümumi yığıncağı keçirilib. İştirakçı ölkələr 2026-cı il üçün müfəssəl fəaliyyət planını təsdiqləyiblər.

NTV  xəbər verir ki, tədbirlərə “Qazaxıstan Dəmir Yolları” SC-nin rəhbəri Talqat Aldıberqenov sədrlik edib.

İclas və ümumi yığıncaq zamanı Orta Dəhlizdə iştirak edən Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan və Türkiyə, eləcə də Avropadan olan tərəfdaşlar - Ukrayna, Bolqarıstan və Rumıniya, habelə ayrı-ayrı ölkələr, o cümlədən Sinqapurun nümayəndələri iştirak ediblər.

Nəqliyyatın rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilib. İştirakçılar rəqəmsal imzalardan istifadə edərək elektron sənəd idarəetməsinin tətbiqi, həmçinin gömrük orqanları ilə nəqliyyat prosesinin bütün tərəfdaşları arasında birbaşa məlumat mübadiləsinin təşkili barədə razılığa gəliblər.

Təsdiqlənmiş plan konteyner daşımalarının həcmlərinin artırılmasını, o cümlədən bu il Çindən Qazaxıstan vasitəsilə 600 konteyner qatarının tranzitini nəzərdə tutur. Eyni zamanda, Xəzər dənizinin limanları və terminalları arasında koordinasiya gücləndiriləcək və marşrutun əsas hissələrində texnoloji proseslər optimallaşdırılacaq.

Tədbirlərdən sonra bir sıra sənədlər imzalanıb. Qəbul edilən qərarlar Asiya ilə Avropa arasında əsas tranzit dəhlizlərindən biri kimi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha da gücləndirilməsinə yönəlib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM