Haqverdi Həsənov Minsk turnirinin mükafatçısı olub

Haqverdi Həsənov Minsk turnirinin mükafatçısı olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Belarus Respublikasının əməkdar məşqçisi Vladimir Vladimiroviç Botvinnik xatirəsinə həsr olunmuş "Minsk Open" beynəlxalq turniri keçirilib. Yarışda Belarusla yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstandan olan 120 boksçu (2008-2009-cu il təvəllüdlü) mübarizə aparıb.

Turnirdə milli komandamızın heyətində çıxış edən muxtar respublika idmançısı Haqverdi Həsənov 57 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 1/8 fina mərhələsində belaruslu, daha sonra isə rusiyalı idmançılara qalib gələn təmsilçimiz yarımfinala adlayıb. Qırğızıstan təmsilçisi ilə görüş Haqverdi üçün uğursuz alınıb və o, ilk dəfə iştirak etdiyi Minsk turnirini bürünc medalla tamamlayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM