Cari ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb.
Fonddan NUHÇIXAN-a bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 907 min manat güzəştli kredit ayrılıb. Layihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.