satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib

Azərbaycan ilə Almaniya arasında turizm sahəsinin inkişafını müzakirə etdik. Belə ki, ötən il Almaniyadan Azərbaycana gələn turistlərin sayı 24 mindən artıqdır. Cari il isə bu istiqamətdə müsbət dinamika müşayiət edilir. İlin ilk on ayı ərzində 25 min alman turist ölkəmizə səyahət edib.

NTV xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, humanitar sahə hər iki ölkə arasında olan əlaqələrin mövcud istiqamətlərindən biridir və ənənəvi olaraq belə olub. Bu illər ərzində minlərlə azərbaycanlı gənc Almaniyanın aparıcı universitetlərində təhsil alıblar. “Müxtəlif proqramlar üzrə mindən çox Azərbaycan tələbəsi Almaniyada təhsil alıb. Eyni zamanda, mən Almaniyanın DAAD təqaüd proqramını xüsusi olaraq qeyd etmək istərdim. Həmin proqram əsasında çoxsaylı Azərbaycan tələbələri Almaniyada təhsil almaq hüququ əldə ediblər. Təbii ki, birbaşa öz xətləri ilə də təhsil alan tələbələrin sayı az deyil. Bu iki ölkə arasında münasibətlərin pozitiv inkişaf istiqamətlərindən biridir. Həmçinin hər iki ölkənin universitetləri arasında akademik əlaqələr mövcuddur”, - deyə nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM