Növbəti üç gündə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Növbəti üç gündə leysan olacaq, çaylardan sel keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Bu barədə NUHÇIXAN-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM