satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

O qeyd edib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub: "Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM