satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlayıb

Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlayıb

Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və “Dəniz insanları” fondunun “Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb”, – hərbi qurum qeyd edib.

Bildirilib ki, ekspedisiya zamanı daha əvvəl müəyyən edilmiş orta əsrlərə aid lövbərin tədqiqi nəzərdə tutulub. İki həftə ərzində ekspedisiya üzvləri Dərbənd limanının akvatoriyasında dəniz dibinin bir sıra ərazilərində hidroqrafik kəşfiyyat işləri aparacaqlar.

Ehtimal edilir ki, axtarış zonasında I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər və orta əsrlərə aid su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturu ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM