satellite   Azerspace-1: 11135 H 30000

Xankəndidə 41 avtomat, 16 mindən çox müxtəlif çaplı patron tapılıb

Xankəndidə 41 avtomat, 16 mindən çox müxtəlif çaplı patron tapılıb

Son bir həftə ərzində Xankəndi, Xocalı və Xocavənddə külli miqdarda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkarlayıb.

Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM