ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı “Epik Qəzəb” əməliyyatı zamanı istifadə müddəti başa çatmış bəzi sursatlardan yararlanıb.
NTV xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hunq Kao Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bəzi sursatların texniki kodları dəyişdirilərək istifadəyə yararlı vəziyyətə gətirilib. Kao bu prosesi müddəti keçmiş ərzağın yenidən istifadəyə hazırlanması ilə müqayisə edib.
O, həmçinin İranla müharibənin ABŞ Hərbi Dəniz Qüvvələrinin silah ehtiyatlarına ciddi təsir göstərdiyini, sursat çatışmazlığı və istehsal imkanlarının məhdudluğunun əlavə çətinliklər yaratdığını qeyd edib.
Kao bildirib ki, hərbi hazırlığı qorumaq və azalan silah ehtiyatlarını bərpa etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.
